Azər Əmiraslanov: "Aksiz vergisi 4,8 manat olan araq 1-3 manata satılır"
Azərbaycanda 1-3 manata araq satılır, halbuki bu məhsul üçün aksiz vergisi 4,8 manatdır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında - "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsində bildirib.
"Bir sıra ölkələrdə ucuz mala şübhə ilə yanaşmaq ənənəsi formalaşıb. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması bu bazara müdaxilə deyil. Burada dövlət qiymət müəyyənləşdirmir, daha dəqiq desək, bazar qiymətlərinə müdaxilə etmir. Nəzarətedici orqan istehsalçının xərclərinə baxmaqla müəyyən edir ki, məhsulun maya dəyəri neçə manat olmalıdır. Minimum qiymət dövlətə ödənilməli olan aksiz vergisinin də daxil olduğu qiymətdir. Bazarda 1-3 manata araq satılması göstərir ki, vergidən yayınma halı var”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
Alkoqollu içkilər üçün minimum qiymətin müəyyənləşdirilməsinin səbəbi açıqlanıb
Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilk oxunuşda təsdiqlənib
Alkoqollu içkilərdən yalnız arağın minimum qiyməti müəyyənləşəcək
Azər Əmiraslanov: “Alkoqollu içki istehsalı sahəsində qanunsuz sahibkarlıq aradan qaldırılacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
