Sizinxeber.az » İqtisadiyyat » Maliyyə » Alkoqollu içkilərdən yalnız arağın minimum qiyməti müəyyənləşəcək

Alkoqollu içkilərdən yalnız arağın minimum qiyməti müəyyənləşəcək

Alkoqollu içkilərin minimum qiymətinin müəyyən olunması yalnız arağa şamil edilən qaydadır.

APA xəbər verir ki, bunu Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində komitənin sədri Azər Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bu məsələnin həssaslığı əvvəlcədən nəzərə alınıb: “Burada seqmentlər çox genişdir. Bu layihə Prezidentin tapşırığı əsasında hazırlanıb. Bu tapşırıqda məhsulun pərakəndə satış qiyməti nəzərdə tutulub. Minimum qiymət müəyyən olunarkən bunun qaydaları nəzərə alınacaq. Bunun da meyarları müəyyənləşdiriləcək. Qiymətin formalaşmasının prinsiplərinə görə istehsalçı müəssisənin maya dəyəri, istehsal xərcləri, aksiz vergisi, istehsalçı müəssisənin özünün qoyduğu qiymət (ƏDV-li, ƏDV-siz) nəzərə alınacaq. Topdan satış mərhələsində artıq formalaşmış qiymət də nəzərə alınacaq. Bu qanun qəbul ediləndən sonra minimum qiymətin müəyyən edilməsi qaydası hazırlanacaq. Əsas məsələ keyfiyyətsiz məhsul istehsal edənlərin bazara daxil olmasıdır. Çünki bu məhsullar bazara daxil olanda, bazardan çıxarılanda da müəyyən ziyanlar verir və qanunsuz sahibkarlığa səbəb olur. İnzibati Xətalar Məcəlləsində bu qanunu pozanlar üçün çox yüksək məbləğdə sanksiyalar nəzərdə tutulacaq. Minimum qiymət artımı qiymət artımına səbəb ola bilər. Burada həm də xərclərin uçotu gedəcək. İstehsalçılar da rəsmi uçotda olacaq. Bu şərtlərə görə qiymət artımı ola biləcək. Bazarda elə qiymətə araqlar var ki, litri 1 manatdır. Amma hazırda 1 litr arağın aksiz vergisi 4 manat 18 qəpikdir. Bu qiymətdən aşağı olan məhsullar keyfiyyətsizdir. Xırda sahibkar qanunsuz sahibkardırsa, və keyfiyyətsiz məhsul istehsal edirsə, bazardan çıxarılmalıdır. Yerli istehsalçılar - haqlı rəqabət aparanlar öz məhsullarını ixrac edə bilirlər, stabil bazarları var, amma onlar yerli bazarda öz məhsullarını realizə edə bilmirlər. Buna səbəb qanunsuz sahibkarlıqdır.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Prezident İlham Əliyevin doğum günüdür
  2. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  3. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  4. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  5. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  6. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  7. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  8. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  9. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  10. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
SÖZÜM VAR !