Ruslan Atakişiyev: “Azərbaycanda sahibkarların 21 %-i bank xidmətlərindən istifadə etmirlər”
Azərbaycanda sahibkarların 21 %-i bank xidmətlərindən istifadə etmirlər.
"Sizinxeber.az" xəbər verir ki, bunu “İqtisadi Resursların Öyrənilməsi Mərkəzi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.
"Azərbaycanda 1 000 kiçik və orta sahibkar arasında keçirdiyimiz tədqiqatlarımıza əsasən, ölkədə sahibkarlıq subyektlərinin təxminən 62 %-nin islam bankçılığı barədə məlumatı yoxdur və ya bu haqda informasiyaları doğru deyil. Sorğuda iştirak edənlərin 39 %-i isə faizli kreditləri məcburiyyətdən götürdüklərini deyiblər", - o qeyd edib.
Onun sözlərinə görə, bu gün dünyanın 135 ölkəsində islam maliyyəsi tətbiq olunur: "Lakin onların cəmi 57-si müsəlman ölkəsidir. İslam maliyyəsi hazırda dünyaya ildə 16 %-lik inkişaf verir, çünki o, rəqabətqabiliyyətlidir. Məsələn, Malayziyada islam bankçılığından ən çox Çin vətəndaşları istifadə edirlər".
R.Atakişiyev vurğulayıb ki, Azərbaycanda islam bankçılığı fəaliyyət göstərərsə, bu sektorun 3 %-ni əhatə edə bilər: "Bu, kiçik rəqəm deyil. Bu, 800 milyon manat ilə 1,2 milyard manat arasında məbləğ deməkdir. Türkiyədə islam maliyyəsi 40 ildən artıq fəaliyyət göstərsə də 5 %-lik göstəriciyə hələ yeni çatıb. Malayziyada isə bu göstərici 16 %-dir. Bu, inkişaf edən maliyyə bazarı üçün böyük rəqəmlərdir. Odur ki, Azərbaycanda halal biznesin inkişafı üçün islam maliyyə məhsullarının tətbiqi mütləqdir".
Oxşar xəbərlər
Azərbaycan İslam ölkələrindən turist axını üçün SMIIC standartlarının tətbiqinə hazırlaşır
İƏT rəsmisi: “Halal biznes bazarı MDB regionunda iqtisadi inkişaf üçün böyük imkanlar yaradır”
Azərbaycan və ICCD islam maliyyəsi ilə bağlı perspektivləri müzakirə edib
Azərbaycanda İslam maliyyələşməsi sahəsində İndoneziya modelindən istifadə olunması təklif olunur
İrşad Kader: “Azərbaycan halal turizm istiqaməti üzrə 20-ci yerdə qərarlaşıb”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












