Azərbaycanda daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 3 KOB subyektinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və yaxud gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verib.
"Report" agentliyə istinadən xəbər verir ki, şəhadətnamə almış KOB subyektlərinin hamısı hüquqi şəxsdir.
Bunlar "Cibpay" MMC-nin çoxfunksiyalı onlayn ödəniş platforması, "Optima Business Solutions" MMC-nin elektron sənədlərin idarəedilməsi və imzalanması üçün onlayn platforması və “İxtisasSeç" MMC-nin təhsil müəssisələrinə qəbul prosesini asanlaşdıran platformasıdır.
Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 164-ə çatıb.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:
Oxşar xəbərlər
Daha 3 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib
KOBİA sərgilərdə məhsullarını tanıtmaq istəyən KOB-lara dəstək göstərəcək
KOBİA BMT-nin Qlobal Sazişinə qoşulub
Azərbaycanda KOB gömrük anbarı yaradılıb
Gəncədə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













