AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Təlim mərkəzində İnnovativ laboratoriya fəaliyyətə başlayıb.
Tədbirdə AHİK, üzv və tabe təşkilatların rəhbərləri, dövlət qurumlarının nümayəndələri, Akademiyanın professor-müəllim və tələbələri, eləcə də rəqəmsal texnologiyalar üzrə mütəxəssislər iştirak ediblər.
Konfederasiya sədrinin müavini Musa Mirzəyev həmkarlar ittifaqları üzvlərinin bilik və bacarıqlarının artırılması, onların maarifləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. Vurğulanıb ki, Təlim mərkəzində yaradılan İnnovativ laboratoriya yüksək potensiallı tələbələr və professor-müəllim heyəti üçün yeni imkanlar açacaq.
Elm və Təhsil Nazirliyinin şöbə müdiri Turxan Süleymanov çıxışında laboratoriyanın gənclərin innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, həmçinin startap layihələrinin inkişafına əlavə imkanlar yaradacağını qeyd edib.
Akademiyanın rektor vəzifəsini icra edən Fərid Babayev ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən, əmək bazarının tələblərinə uyğun kadr hazırlığından söz açıb.
Tədbir çərçivəsində Akademiyanın Təlim mərkəzinin fəaliyyəti və həyata keçirilən layihələr, ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri barədə məlumat verilib. Vurğulanıb ki, Akademiya Böyük Britaniyanın Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutunda (IOSH) akkreditasiyadan keçib.
Tədbirdə tələbələrin startap layihələri təqdim edilib, həmçinin təlim proqramlarında yüksək nəticə əldə edən iştirakçılara sertifikatlar verilib.
Qeyd edək ki, AƏSMA-nın Təlim mərkəzində informasiya texnologiyaları sahəsində peşəkar bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə "Cisco" təlimlərinin təşkili də nəzərdə tutulur.
Oxşar xəbərlər
Həmkarlar İttifaqları Konfederasiyası AHİK+ layihəsini həyata keçirəcək
AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yeni nizamnaməsi hazırlanır
"AHİK+" adlı yeni elektron layihə hazırlanıb
Həmkarlar İttifaqları Konfederasiyası jurnalistləri Xaçmaz, Quba, Qusar rayonlarında istirahət mərkəzləri ilə tanış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
