Ağdamda lift və eskalator istehsalı müəssisəsi yaradılacaq
sizinxeber.az xəbər saytı

Ağdamda lift və eskalator istehsalı müəssisəsi yaradılacaq


Ağdam Sənaye Parkında lift və eskalator istehsalı müəssisəsi yaradılacaq.

Bu barədə “Sizinxeber.az”a İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan-Çin birgə kapitallı “Fujiai Azerbaijan” MMC-yə Agentliyin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib. Yeni rezident tərəfindən Sənaye Parkının 1 hektar ərazisində lift istehsalı müəssisəsi yaradılacaq. Layihənin investisiya dəyəri 3,7 milyon manatdır.

Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 1 200 ədəd lift istehsalı nəzərdə tutulur. Növbəti mərhələ şirkət tərəfindən Sənaye Parkında eskalator istehsalı layihəsinin də həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ağdam Sənaye Parkında hazırda investisiya portfeli 270 milyon manat olan 29 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.

Oxşar xəbərlər

Ağdam Sənaye Parkında velosiped istehsal ediləcək
Ağdam Sənaye Parkında led işıqların istehsalı müəssisəsi yaradılır
Ağdam Sənaye Parkında yeni rezident qeydiyyata alınıb
Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır
Türkiyə şirkəti Ağdam Sənaye Parkına 20 milyon manatdan artıq investisiya yatıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle