Yusif Abdullayev: "Özbəkistan şirkəti Qarabağda istehsal müəssisəsi qurmaq istəyir"
sizinxeber.az xəbər saytı

Yusif Abdullayev: "Özbəkistan şirkəti Qarabağda istehsal müəssisəsi qurmaq istəyir"


Özbəkistanın aparıcı şirkətlərindən biri Qarabağ bölgəsində istehsal müəssisəsi qurmaq niyyətindədir.

"Sizinxeber.az" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Daşkənddə keçirilən "Türk Dünyası İnvestisiyaların Təşviqi Agentliklərinin Rəhbərlərinin Şəbəkələşmə və Əməkdaşlıq Görüşü"ndə bildirib.

O vurğulayıb ki, layihə uğurla həyata keçiriləcək.

Y. Abdullayev həmçinin qeyd edib ki, son 20 ildə Azərbaycan birbaşa xarici investisiyaların cəlb edilməsi sahəsində böyük islahatlar həyata keçirib: “Hazırda Qarabağda genişmiqyaslı tikinti-bərpa işləri aparılır. Son 4 ildə bu ərazilərə 10 milyard ABŞ dollarından çox vəsait yatırılıb. Bu, birbaşa xarici investisiya deyil, dövlət büdcəsindən ayrılan vəsaitdir. Biz həmin bölgədə daha çox xarici şirkətləri görmək istərdik. Hazırda Böyük Britaniya, Türkiyə, Macarıstan və digər ölkələrdən bir çox şirkətlər fəaliyyət göstərir”.

Oxşar xəbərlər

Yusif Abdullayev: "İş adamlarımızın İspaniyaya səfəri təşkil ediləcək"
Azərbaycan Özbəkistanda turizm kompleksi yaradacaq
Azərbaycan şirkəti Daşkəndin mərkəzində 5 ulduzlu hotel tikəcək
Azərbaycan-Özbəkistan investisiya şirkəti 15 layihənin maliyyələşdirilməsini nəzərdən keçirir
AZPROMO: "İşçilərimizin təqribən 40 %-i qadınlardır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər