Mütəxəssislərdən günəş kremi ilə bağlı XƏBƏRDARLIQ
Mütəxəssislər günəş kremlərində yüksək qoruma faktoruna aldanmamağa çağırıblar. Bildirilib ki, SPF 30 və daha yüksək göstəricili kremlər dəri qorunması üçün kifayət edir.
BAKU.WS xəbər verir ki, Van Yüzüncü Yıl Universiteti Tibb Fakültəsinin Dermatologiya kafedrasının rəhbəri Hatice Uce Özkol saxta və keyfiyyətsiz günəş qoruyucularının ciddi dəri problemlərinə səbəb olduğunu açıqlayıb.
Onun sözlərinə görə, xüsusilə internet və nəzarətsiz satış nöqtələrindən alınan məhsullar bəzi hallarda xəstələrin reanimasiyaya yerləşdirilməsi ilə nəticələnib.
Dermatoloq bildirib ki, yay aylarında xüsusilə saat 10:00-15:00 aralığında birbaşa günəş şüalarından qorunmaq vacibdir. Bu saatlarda açıq havada qalındıqda mütləq günəş kremindən istifadə edilməlidir.
Mütəxəssis həmçinin qeyd edib ki, SPF 90 və ya 100 kimi çox yüksək göstəricilərin əlavə üstünlüyü yoxdur:
"SPF 30 və üzəri məhsullar kifayət qədər qoruma təmin edir. Əsas məsələ məhsulun keyfiyyəti və dəri tipinə uyğun seçilməsidir".
Həkimlər günəş kremlərinin yalnız apteklərdən və dermatoloq məsləhəti ilə alınmasını tövsiyə edirlər. Onların sözlərinə görə, ucuz və saxta məhsullar dəri ləkələri, yanıq və digər ciddi problemlərə səbəb ola bilər.
Oxşar xəbərlər
Günəş kremindən istifadə “D” vitamini istehsalına az təsir edir
Simsiz qulaqcıqlar elektrik vura bilər - XƏBƏRDARLIQ
Hövsanda bu saatdan qaz OLMAYACAQ
Bu küçədə hərəkət MƏHDUDLAŞACAQ
İtkin düşmüşdü - Meyiti zirzəmidə tapıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
