Terror fəaliyyəti ilə bağlı YENİ CƏZALAR MÜƏYYƏNLƏŞDİ
Terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə əlavə olunan yeni - 214-4-cü maddədə əksini tapıb.
Terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak isə 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin qeyd hissəsində nəzərdə tutulur ki, terror təşkilatına üzv olan və ya onun fəaliyyətində iştirak edən şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
Bundan başqa, Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə (214-1) və terrorçuluğa açıq çağırışlar (214-2) maddələrində, həmçinin "Terrorçuluğa qarşı mübarizə haqqında" Qanunun 1-ci maddəsində texniki dəyişikliklər nəzərdə tutulub.
Cinayət Məcəlləsinin 282-ci maddəsi yeni redaksiyada verilir. Belə ki, 282.1-ci maddəyə elmi-texniki potensialı zəiflətmək məqsədi, habelə kritik informasiya infrastrukturu, enerji, nəqliyyat və telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulması kimi yeni obyektlər əlavə edilir. Həmçinin, təxribatın törədilmə üsullarına əməli süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə halları da daxil edilir. Məcəlləyə əsasən, 282.2-ci maddədə bir sıra yeni ağırlaşdırıcı hallar nəzərdə tutulur. Bu ağırlaşdırıcı hallara təxribatın cinayətkar birlik tərəfindən törədilməsi, fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimi, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması aiddir. 282-ci maddənin qeyd hissəyə əsasən, təxribatın hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
Oxşar xəbərlər
Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar təsdiqlənib
Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar ilk oxunuşda qəbul edilib
Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar qəbul edilib
Şəkidə arvadını öldürməkdə təqsirləndirilən şəxsə AĞIR CƏZA
Gürcüstanda MSK binasının bloklanması və ya ələ keçirilməsi 15 ilə qədər həbslə cəzalandırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
