Azərbaycan idmanında ilin ən yaxşıları müəyyənləşir - YENİLƏNİR
Bu gün Azərbaycan idmanında 2024-cü ilin ən yaxşıları bəlli olur.
APA xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qala mərasimində ilk mükafatın qalibi bəlli olub.
Ədalətli oyun mükafatçısı adına Qaşım Maqomedov layiq görülüb.
İlin ədalətli oyun (feyr-pley) mükafatçısı
1. Qaşım Maqomedov (Taekvondo)
2. Leyla Abidinova (Atletika)
3. Nərmin Şərifova (badminton)
19:41
Bu gün Azərbaycan idmanında 2024-cü ilin ən yaxşıları bəlli olur.
APA xəbər verir ki, qaliblərin adları Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qala mərasimdə açıqlanır.
“Buta Palace”də baş tutacaq tədbir saat 19:00-da başlayıb. Qaliblər müvafiq mükafatlarla təltif olunacaqlar.
Seçim prosesi 3 mərhələdən ibarət olub. Namizədlər sosial media izləyiciləri, idman jurnalistləri və federasiyalar tərəfindən səs toplayıblar.
Qeyd edək ki, öncədən ötən il dekabrın 26-na planlaşdırılan tədbir AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması səbəbindən təxirə salınmışdı.
Oxşar xəbərlər
Qaşım Maqomedov feyr-pley mükafatının sahibi olub
Paris 2024: Azərbaycan taekvondoçusu Olimpiadanın gümüş medalını qazanıb
Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib - FOTO
Paris-2024: Azərbaycan taekvondoçusu finala çıxıb - YENİLƏNİB-1
Paris-2024: Azərbaycan taekvondoçusu yarımfinala çıxıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













