Masazırda  narkotiklərin satışını həyata keçirən 13 nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

Masazırda narkotiklərin satışını həyata keçirən 13 nəfər saxlanılıb


Masazır qəsəbəsində son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı 13 nəfər saxlanılıb

Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Masazır qəsəbəsində son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirməkdə və narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb.

Şübhəlilərdən Türkanə Məmmədova, Samirə Cahangirova, Tural Məmmədov və Vüsalə Cilqamlıdan ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Araşdırma aparılır.

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

DİN: Masazırda 13 nəfər saxlanılıb
Hacıqabulda bir ayda narkotiklərlə bağlı 15 nəfər saxlanılıb
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bakıda keçirilən əməliyyatlar nəticəsində 27 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
Xaçmazda narkotik satışı ilə bağlı iki nəfər tutulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər