Abbas Abbasov: Bakıda Qlobal Cənubun Gənclər Platforması yaradılıb
Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Qlobal Cənub ölkələrinin Gənclər Platformasının - gənc nəslin dekolonizasiya proseslərində rolunu gücləndirmək üçün nəzərdə tutulan yeni beynəlxalq strukturun yaradıldığını elan edib.
"Sizinxeber.az" xəbər verir ki, müvafiq qərar BTQ tərəfindən Bakıda aprelin 30-da - mayın 1-də təşkil edilən "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" mövzusunda forumun yekunları əsasında qəbul edilib.
"İkigünlük Beynəlxalq Gənclər Forumunun uğurla başa çatmasından sonra, böyük şərəflə, bütün iştirakçılar adından Qlobal Cənubun Gənclər Platformasının yaradıldığını rəsmən elan edirik", - o bildirib.
A.Abbasovun sözlərinə görə, bu platforma dekolonizasiya uğrunda mübarizədə gənclərin səsini ucaltmağa imkan verəcək.
Oxşar xəbərlər
Sinqh: Gənclər postkolonial reallıqların formalaşmasında fəal iştirak edir
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu 35-dən çox beynəlxalq tədbir keçirib
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu böyük beynəlxalq nüfuza sahibdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
