İlin əvvəlindən Anqolada azı 3 min insan vəbaya yoluxub
sizinxeber.az xəbər saytı

İlin əvvəlindən Anqolada azı 3 min insan vəbaya yoluxub


Anqola Səhiyyə Nazirliyi 2025-ci ilin əvvəlindən indiyədək vəba xəstəliyinə 2 880-dən çox yoluxma halı qeydə alıb.

"Report" xəbər verir ki, bu barədə "Angop" agentliyi nazirliyə istinadən məlumat yayıb.

Bildirilir ki, 97 xəstə vəfat edib.

Ən çox Luanda əyalətində yoluxma (1 425 hal) qeydə alınıb. Həssas qrupa iki yaşdan beş yaşa qədər olan uşaqlar daxildir. Onlar arasında 443 yoluxma və 12 ölüm halı aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, 2021-ci ildən dünyada vəba xəstəliyinə yoluxma halları artır. Ən kəskin vəziyyət Zambiyada müşahidə olunub. Bununla yanaşı, xəstəlik Mozambik, Tanzaniya, Konqo Demokratik Respublikası, Efiopiya və Nigeriyada yayılıb.

Oxşar xəbərlər

Ötən ay dünyada 50 minə yaxın insan vəbaya yoluxub
İlin əvvəlindən Afrikada meymuniçəyinə 35,5 min yoluxma müəyyən edilib
Ötən ay dünyada 47 mindən artıq insan vəbaya yoluxub
İlin əvvəlindən Afrikada meymunçəyinə 35,5 min yoluxma müəyyən edilib
ÜST: Sudanda vəba epidemiyası 120 nəfərin həyatına son qoyub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər