Ermənistan MSK: Paşinyanın partiyası səslərin 51,03%-ni toplayır - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ermənistan MSK: Paşinyanın partiyası səslərin 51,03%-ni toplayır - YENİLƏNİB


Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 50,31 faizi hesablanıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası bülletenlərin 50,31%-i (742 857 səs) emal edildikdən sonra 51,03% səs toplayıb.

İşa adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku səslərin 23,18%-ni, keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 9,51%-ni və iş adamı Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası 4,18%-ni toplayıb. Seçici fəallığı 58,97% təşkil edib.

Bu arada Paşinyan rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının parlament seçkilərində qələbə qazandığını bildirib.

Ermənistan Mərkəzi Seçki Komissiyasının 110 seçki məntəqəsindən aldığı ilkin məlumatlara görə, baş nazir Nikol Paşinyanın hakim "Vətəndaş Müqaviləsi" partiyası 57,14% və ya 11.073 səs toplayıb.

"Report" xəbər verir ki, iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 21,43% və ya 4152 səs, keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 8,21% və ya 1590 səs, iş adamı Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası isə 5,1% və ya 988 səs toplayıb.

Seçici fəallığı 58,97% təşkil edib.

Oxşar xəbərlər

Ermənistan MSK: Paşinyanın partiyası səslərin 51,03%-ni toplayıb - YENİLƏNİB
Ermənistanda parlament seçkiləri: Paşinyanın partiyası liderlik edir
Ermənistan MSK: Paşinyanın partiyası 51,03% faiz səslə liderdir - YENİLƏNİB
MSK: Ermənistanda bülletenlərin 56 faizi hesablanıb, Paşinyanın partiyası liderdir - YENİLƏNİB-1
"Exit-poll": Paşinyanın partiyası seçkilərdə səslərin 56,7%-ni toplayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər