Çin ordusu Filippinə xəbərdarlıq edib
Çin Xalq Respublikasının Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir və öz ölkələrinin suverenliyini qətiyyətlə müdafiə edəcək, Cənubi Çin dənizində sülh və sabitliyi təmin edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Huanyan rifi ərazisində Filippin təyyarəsi ilə son insidenti şərh edən Çin Xalq Azadlıq Ordusunun Cənub Bölgəsi Döyüş Komandanlığı məlumat yayıb.
Avqustun 8-də Filippin Hərbi Hava Qüvvələrinə məxsus NC-212 təyyarəsi Çin tərəfinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Cənubi Çin dənizindəki Huanyan rifinin hava məkanına qanunsuz daxil olub. Beləliklə, ÇXR tərəfindən müntəzəm olaraq keçirilən təlimlərə müdaxilə yaradılıb.
“Filippin tərəfinin hərəkətlərinə cavab olaraq, Çin ordusu obyekti müəyyən etmək və onun hərəkətini izləmək üçün hava və dəniz qüvvələrini səfərbər edib.
Çin ordusu daha sonra peşəkar və qanuni olaraq Filippin təyyarəsinə xəbərdarlıq edib və onu hava məkanından uzaqlaşdırmaq üçün hərəkətə keçib. Biz Filippin tərəfinə birbaşa bəyan edirik ki, o, pozuntuları və təxribatları dərhal dayandırmalı, təhrif və spekulyasiyalardan əl çəkməlidir”, - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Çin və Filippin mübahisəli ərazi ətrafında razılığa gəliblər
KXDR Koreya və ABŞ-a xəbərdarlıq edib
Filippin, Kanada, ABŞ və Avstraliya Cənubi Çin dənizində ilk birgə hərbi təlimə başlayıb
ABŞ və Filippin 16 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb
Filippin bayrağı altında mazut daşıyan tanker batıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













