"Hizbullah" Livan hökumətinin tərk-silah qərarına reaksiya verib
sizinxeber.az xəbər saytı

"Hizbullah" Livan hökumətinin tərk-silah qərarına reaksiya verib


"Hizbullah"ın siyasi şurası sədrinin müavini Mahmud Komati Livan hökumətinin qruplaşmanı silahsızlaşdırmaq qərarını "təslimiyyət və alçaldıcı addım" adlandırıb və bu qərarı İsraillə ABŞ-yə boyun əymək kimi qiymətləndirib.

"Sizinxeber.az"un "Al Jazeera"yə istinadən məlumatına görə, Komati bildirib ki, dünyada elə bir dövlət və ya hökumət yoxdur ki, düşmən hələ də onun ərazisini işğal edərkən və hər gün Livana qarşı təcavüz edərkən öz müqavimət hərəkatına qarşı çıxış etsin.

O qeyd edib ki, "Hizbullah" "fərdi və ya kollektiv özünümüdafiə hüququ"nun təsbit olunduğu BMT Nizamnaməsinə əsasən İsrailə qarşı müqavimət göstərmək hüququnu qoruyub saxlayacaq:

"Bizim mövcudluğumuz qanuni, legitim, əxlaqi və insani xarakter daşıyır. Silahlarımız da müqavimət hərəkatı kimi eyni şəkildə qanuni və legitimdir".

Xatırladaq ki, daha əvvəl Livan hökuməti ABŞ prezidenti Donald Trampın “Hizbullah” hərəkatını tərk-silah etmək təklifi ilə razılaşıb.

Oxşar xəbərlər

Livan Prezidenti: "Hizbullah" tərk-silah edilməlidir
Amerikalı diplomat: Suriyadakı vəziyyət “Hizbullah”ı daha da zəiflədə bilər
Livan və “Hizbullah” ABŞ-nin İsraillə atəşkəs təklifi ilə razılaşıb
Livan "Hizbullah"ın tərksilah olunması üçün şərtlərini açıqlayıb
“Hizbullah” Livan parlamentinin atəşkəslə bağlı səylərini dəstəkləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle