Almaniya iki “Patriot” sistemini Ukraynaya verməyə hazırdır
Almaniyanın müdafiə naziri Boris Pistorius iki “Patriot” zenit-raket kompleksini Ukraynaya verməyə hazır olduqlarını bildirib, amma bunun üçün xüsusi şərt qoşub.
“Report” NTV telekanalına istinadən xəbər verir ki, o, bu barədə Bavariya federal ərazilərinə səfəri zamanı deyib.
“Biz öz tərəfimizdən iki sistem verə bilərik, lakin yalnız 6-8 ay ərzində onların dəyişdirilməsinə etibarlı təminat olarsa”, - nazir qeyd edib.
Onun sözlərinə görə, Bundesver özünün müdafiə qabiliyyətini və hərbçiləri “Patriot”la işləmək bacarığını qoruyub saxlamalıdır.
“Sistem çatışmazlığı səbəbindən bir və ya iki il məşq edə bilməsək, hazırlıq qabiliyyətini itirəcəyik”, - Pistorius əlavə edib.
Nazir həmçinin vurğulayıb ki, Ukraynanın ən azı beş “Patriot” sisteminə ehtiyacı var. Bundan əvvəl Ukrayna üzrə təmas qrupunun virtual görüşündə o, Almaniyanın bu sistemlərin Kiyevə sürətlə ötürülməsinə yardım etmək niyyətini təsdiqləyib.
Oxşar xəbərlər
Pistorius: Berlin və Vaşinqton Ukraynaya iki "Patriot" tədarükünü hazırlayır
Almaniyalı nazir: Ukrayna sərhədində Patriot ZRK və hərbçilər yerləşdiriləcək
Bloomberg: Almaniya və ABŞ tezliklə Patriotun Ukraynaya tədarükü ilə bağlı müqavilə bağlaya bilər
Zelenski: Almaniya və Norveç Ukrayna üçün "Patriot" alacaq
İsveç Ukraynaya “Patriot” zenit-raket kompleksinin tədarükü üçün 27,1 milyon dollar ayıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
