BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib 
sizinxeber.az xəbər saytı

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib 


Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərək Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Bu barədə "Sizinxeber.az"a AZAL-dan bildirilib.

“Air Arabia” aviaşirkətinin Moskva–Şarja marşrutu üzrə hərəkət edən aviareysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Airbus A320 tipli hava gəmisinin enişi yerli vaxtla saat 19:43-də uğurla yerinə yetirilib.

Eyni zamanda, “FlyDubai” aviaşirkətinin Bakı–Dubay istiqaməti üzrə müntəzəm reysi saat 18:14-də havaya qalxdıqdan sonra geri dönməyə məcbur olub. Boeing 737 tipli hava gəmisi yerli vaxtla saat 19:30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Qeyd edək ki, Bakı aeroportu fəaliyyətini tam ştat rejimində davam etdirir və hava gəmilərinin qəbulu ilə yanaşı, onların yerüstü xidmətlə təmin olunmasını beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirir.

Oxşar xəbərlər

Moskva-Şarja reysini həyata keçirən təyyarə Bakı aeroportuna məcburi eniş edib
Beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş üçün müraciət edib
Moskva– Dubay marşrutu üzrə hərəkət edən təyyarə Bakı Aeroportuna məcburi eniş edib
İran üzərində hava məkanının bağlanması səbəbindən bir neçə təyyarə Bakı Aeroportuna enib
İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər