Netanyahu: İranla müharibə hələ bitməyib
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İrana qarşı müharibənin bitdiyini düşünmür.
"Report"un məlumatına görə, o, bu barədə "CBS News"a müsahibəsində deyib.
Baş nazirin sözlərinə görə, əldə edilən irəliləyişlərə baxmayaraq, İran hələ də zənginləşdirilmiş uranı, zənginləşdirmə qurğularını, proksi qüvvələri və ballistik raketləri saxlayır.
"Düşünürəm ki, bu müharibə çox şeyə nail olmağa imkan yaradıb, amma hələ bitməyib", - Netanyahu bildirib.
O, zənginləşdirilmiş uranın İrandan çıxarılmalı və zənginləşdirmə qurğularının söndürülməli olduğunu vurğulayıb.
Uranın çıxarılması üsulu ilə bağlı suala cavab olaraq Netanyahu bildirib ki, o, İrandan çıxarılmalıdır.
Bununla yanaşı, Baş nazir ABŞ və İsrail tərəfindən hərbi güc tətbiqi ehtimalı ilə bağlı şərh verməkdən imtina edib. O, materialın çıxarılmasının əldə edilən razılaşmalar çərçivəsində təmin oluna biləcəyini deyib.
Oxşar xəbərlər
Netanyahu: İsrail və ABŞ-nin İranla bağlı məqsədləri eynidir
Netanyahu: İranla müharibə bitmiş sayılmır
Müharibə bitməyib, istənilən an... - Netanyahu
Netanyahu: İrana qarşı kampaniya hələ bitməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
