İran ABŞ-nin nizamlama təklifinə cavab kimi Livanda atəşkəslə bağlı şərt qoyub
İranın ABŞ-nin münaqişənin nizamlanması təklifinə cavabı Livanda atəşin dayandırılmasını əhatə edir.
"Sizinxeber.az"un xəbərinə görə, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, Pakistan vasitəçisinə ötürülən mətn bütün cəbhələrdə, xüsusən Livanda tətbiq edilən müharibənin dayandırılmasına yönəlib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə iki həftəlik atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Bu gün İranın Pakistan vasitəsilə Vaşinqton administrasiyasının münaqişəyə son qoymaq üçün son təklifi ilə bağlı ABŞ-yə cavab göndərdiyi məlum olub.
Oxşar xəbərlər
Uolts: Tramp lazım gəlsə, İrana qarşı hərbi əməliyyatlara qayıtmağa hazırdır
İran ABŞ-nin sülh təklifinə cavabı Pakistana göndərib
İran ABŞ sanksiyalarını dəstəkləyən ölkələrin gəmilərinin Hörmüzdən keçidini bloklayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
