Tramp: Meksikanı narkokartellər idarə edir
sizinxeber.az xəbər saytı

Tramp: Meksikanı narkokartellər idarə edir


ABŞ Prezidenti Donald Tramp Meksikada hakimiyyətin faktiki olaraq narkokartellərin əlində olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə o Ağ Evdə çıxışında deyib.

"Meksikanı kartellər idarə edir və başqa heç kim. Kartellər. Onlar sadəcə oranı idarə edirlər", - ABŞ lideri bildirib.

Trampın sözlərinə görə, sintetik opioid fentanilin ABŞ-yə qeyri-qanuni yolla gətirilməsi məhz bununla izah olunur.

Bunun fonunda son həftələrdə iki ölkə arasındakı münasibətlərdə yeni gərginlik dalğası müşahidə olunur. Daha əvvəl Tramp narkotik qaçaqmalçılığı ilə mübarizəni aktivləşdirmək məqsədilə ABŞ-nin Meksikanın daxili işlərinə müdaxilə etməyə hazır olduğu barədə faktiki olaraq xəbərdarlıq edib.

Bundan əlavə, "CBS News" telekanalı mayın 7-də xəbər verib ki, Tramp administrasiyası ABŞ ərazisindəki Meksikanın 53 konsulluq idarəsinin fəaliyyətinə, onların bir hissəsinin mümkün bağlanması ilə, yenidən baxış keçirməyə başlayıb.

Oxşar xəbərlər

Tramp: Meksikanı yalnız narkokartellər idarə edir
Tramp: ABŞ hakimiyyəti narkotik kartellərini terror təşkilatı hesab edəcək
Tramp: ABŞ faktiki olaraq Ukraynaya kəşfiyyat məlumatlarının verilməsini bərpa edib
Tramp: Kanada, Çin və Meksika 1 fevral tariflərindən yayına bilməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər