Zelenski Trampın xüsusi elçilərinin Kiyevə səfərinin vaxtını açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi elçilərinin yazın sonu, yayın əvvəlində ölkəyə səfər edə biləcəklərini deyib.
"Report" xəbər verir ki, bu barədə Zelenski Ukraynanın müdafiə naziri Rüstəm Umerovun mayın 7-də Mayamidə ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə keçirdiyi görüşlər barədə məruzəsinin yekunları üzrə sosial şəbəkələrdə məlumat yayıb və danışıqların məzmunlu olduğunu qeyd edib.
"Biz zəruri səfərlərin qrafikini əlaqələndiririk və ABŞ prezidentinin elçilərinin yazla yayın qovuşağında Kiyevə gəlişini gözləyirik. Ümid edirik ki, bu dəfə planlarımızı həyata keçirməyə və diplomatiyanı fəallaşdırmağa nail olacağıq", - Zelenski qeyd edib.
O əlavə edib ki, Mayamidəki müzakirələr zamanı tərəflər humanitar məsələlərə, o cümlədən hərbi əsirlərin mübadiləsinin davam etdirilməsinə toxunublar.
"Biz təhlükəsizliyə zəmanət verə biləcək razılaşmaların detallarını dəqiqləşdiririk", - Zelenski bildirib.
O, konstruktiv yanaşmanın vacibliyini vurğulayıb və Ukraynanı, həmçinin ABŞ ilə ikitərəfli münasibətləri möhkəmləndirmək yolu ilə sülhə doğru irəliləməyin zəruriliyini qeyd edib.
Oxşar xəbərlər
Zelenski Kit Kelloq ilə görüşüb
Zelenski Mayamidə aparılacaq danışıqların detallarını açıqlayıb - YENİLƏNİB
Zelenski Rusiya ilə qarşıdakı danışıqların gündəliyini açıqlayıb
Zelenski: Alyaskada danışıqların əsas nöqtəsinin atəşkəs olacağına ümid edirik
Zelenski: Ukrayna Trampın komandası ilə ünsiyyəti davam etdirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
