Ukrayna ordusu "Kaspiysk" ərazisində "Karakurt" raket gəmisinə zərbə endirib
sizinxeber.az xəbər saytı

Ukrayna ordusu "Kaspiysk" ərazisində "Karakurt" raket gəmisinə zərbə endirib


Ukrayna Müdafiə Qüvvələri Dağıstandakı "Kaspiysk" baza məntəqəsi ərazisində 22800 "Karakurt" layihəli kiçik raket gəmisi də daxil olmaqla Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr dalğası endirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı teleqram kanalında məlumat yayıb.

"2026-cı il mayın 7-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiya qoşunlarının bir sıra mühüm obyektlərinə zərbələr endirib. "Kaspiysk" bazası ərazisində 22800 layihəli "Karakurt" çoxməqsədli kiçik raket gəmisi zərbəyə məruz qalıb. Bu gəmi, xüsusilə, "Kalibr" qanadlı raketlərini buraxmaq qabiliyyətinə malikdir. Dəymiş ziyanın miqyası müəyyənləşdirilir", - məlumatda bildirilib.

Baş Qərargahın məlumatına görə, Luqansk vilayətinin Sosnovka və Donetsk vilayətinin Yasnoye qəsəbəsi ərazisində Rusiya qoşunlarının idarəetmə məntəqələri vurulub. Bundan əlavə, Kalmıkovkada sursat anbarına və Luqansk vilayətinin Smolyaninovo ərazisində yanacaq-sürtkü materialları anbarına zərbələr endirildiyi bildirilir.

Ukrayna hərbçiləri, həmçinin Donetsk vilayətinin Dersovo və Zaporojyedə Smeloye kəndləri ərazilərində Rusiya ordusunun canlı qüvvəsinin cəmləşdiyi yerlərə hücum ediblər.

Oxşar xəbərlər

Ukrayna Dağıstanda Rusiyanın raket daşıyan gəmisinə zərbə endirib
Ukrayna Rusiyaya məxsus gəmilərin idarəetmə məntəqəsini vurub
Ukrayna Həştərxana zərbə endirib
Ukrayna Rusiyadakı “MiQ” zavoduna və raket istehsalı müəssisəsinə zərbələr endirib
Baş Qərargahı: Ukrayna Müdafiə Qüvvələri Rusiya aerodromlarına zərbələr endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər