Fransa hökuməti aviasiya yanacağının bahalaşmasından əziyyət çəkən aviaşirkətlərə yardım göstərəcək
Fransa hökuməti Yaxın Şərqdəki münaqişə səbəbindən aviasiya yanacağı qiymətlərinin artmasından zərər çəkən aviaşirkətlərə maliyyə yardımı göstərməyə hazırlaşır.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Filip Tabaro sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, hökumət və aviaşirkətlər ötən gün bu məsələ ilə bağlı keçirilən görüşdə, o cümlədən sosial sığorta haqlarının ödənilməsinin təxirə salınması, vergilərin ödənilməsi üzrə müddətlərin uzadılması və yanacaq doldurma ilə bağlı məsələlərində irəliləyişə nail olublar.
"Aviaşirkətlər ciddi problemlərlə üzləşir. Hökumət onlara dəstək göstərməyə sadiqdir", - F.Tabaro bildirib.
Avropa aviasiya yanacağının idxalından daha çox asılıdır, bu yanacağın təxminən 75 %-i Yaxın Şərqdən gəlir.
Oxşar xəbərlər
Hemant Mistri: "Neft bazarındakı dəyişkənliklər fonunda aviasiya sənayesinin perspektivləri qeyri-müəyyən olaraq qalır"
Samir Rzayev: Dayanıqlı aviasiya yanacağı proqnozları 2035-ci ilə qədər təxminən 600 min barel ətrafındadır
İrandakı vəziyyət aviaşirkətləri çökdürüb
IATA: “Azərbaycan dayanıqlı aviasiya yanacağına keçidə hazırlaşır”
SOCAR ekoloji təmiz aviasiya yanacağının istehsalı imkanlarını qiymətləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
