ABŞ "Patriot" raketlərindən dəfələrlə ucuz silah hazırlamaq istəyir
sizinxeber.az xəbər saytı

ABŞ "Patriot" raketlərindən dəfələrlə ucuz silah hazırlamaq istəyir


ABŞ ordusu "Patriot" raketlərindən dəfələrlə ucuz istifadə edilə biləcək yeni raketlər hazırlamaq istəyir.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ ordusunun katibi Daniel Driskolla istinadən məlumat yayıb.

"Patriot" sistemləri üçün "PAC-3" raketinin qiymətinin 4,4 milyon dollara qədər olduğu bildirilir. ABŞ ordusu yeni qurğuların vahid başına 250.000 dollardan az qiymətə başa gələcəyini gözləyir.

"Əqli mülkiyyətimiz olacaq bir tutucu cihazı sıfırdan qura biləcəyimizi və sonra onu istehsal edəcək bir podratçı tapa biləcəyimizi görmək istəyirik", - deyə Daniel Driskolla əlavə edib.

Nazirin planlarına görə, müvafiq layihə yaxın həftələrdə rəsmi olaraq istifadəyə veriləcək və bir il ərzində yeni texnologiyanın nümayişi keçiriləcək.

"The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ Silahlı Qüvvələri İrana qarşı hərbi əməliyyatlar zamanı 1500 ilə 2000 arasında "Patriot", "THAAD" və "Standard Missile" raketlərindən istifadə edib.

Oxşar xəbərlər

ABŞ “Patriot” HHM sistemlərinin sayını artıracaq
Ukrayna tezliklə yeni "Patriot" HHM sistemləri alacaq
Rumıniya Ukraynaya “Patriot” verir
Zelenski: Almaniya və Norveç Ukrayna üçün "Patriot" alacaq
Tramp: ABŞ Ukraynaya “Patriot” sistemləri göndərəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər