Pentaqon süni intellektlə bağlı yarım milyard dollarlıq müqavilə imzalayıb
ABŞ Müdafiə Nazirliyi "Scale AI" şirkəti ilə 500 milyon dollarlıq müqavilə imzalayıb.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, müqavilə ABŞ ordusu daxilində məlumatların emalı və qərar qəbuletmə proseslərində süni intellekt texnologiyalarının istifadəsini genişləndirməyi hədəfləyir.
Yeni müqavilə "Scale AI"nin 2025-ci ilin sentyabrında Pentaqondan aldığı müqavilədən beş dəfə böyükdür. "Scale AI" şirkətinin dövlət sektoru əməliyyatları üzrə rəhbəri Dan Tadross bildirib ki, yeni müqavilə ABŞ Müdafiə Nazirliyinin əməliyyatlarında müasir süni intellekt alətlərini fəal şəkildə tətbiq etmək öhdəliyini nümayiş etdirir.
"Bloomberg" həmçinin xatırladıb ki, yanvar ayında Pentaqon katibi Pit Heqset müdafiə nazirliyində süni intellekt texnologiyalarının istifadəsini genişləndirmək və onların sürətli tətbiqinə mane olan bürokratik maneələri aradan qaldırmaq planlarını açıqlayıb.
Oxşar xəbərlər
Elnur Əliyev: "Azərbaycan 2040-cı ilədək süni intellekt sektorunda 40 milyard dollarlıq əlavə dəyər yaratmağı hədəfləyir"
Pentaqon dünyanın ən böyük silah istehsalçısı ilə müqavilə imzalayıb
Pentaqon “Lockheed Martin”lə 5 milyard dollarlıq müqavilə imzalayıb
Pentaqon pilotsuz təyyarələrin dəyişdirilməsinə 500 milyon dollar xərcləyəcək
ABŞ Müdafiə Nazirliyi 5 ölkə ilə 1,2 milyard dollarlıq müqavilə imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

