Zelenski: Macarıstan Ukraynaya "Oşadbank"ın vəsaitlərini qaytarıb
sizinxeber.az xəbər saytı

Zelenski: Macarıstan Ukraynaya "Oşadbank"ın vəsaitlərini qaytarıb


Macarıstan 2026-cı il martın 6-da gecə ölkənin xüsusi xidmət orqanları tərəfindən müsadirə edilmiş Ukraynanın "Oşadbank"ının vəsaitlərini qaytarıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə məlumat verib.

"Macarıstanla münasibətlərdə mühüm addım: bu gün "Oşadbank"ın vəsaitləri və qiymətliləri qaytarılıb. İnkassatorları biz daha əvvəl qaytarmışdıq, indi isə artıq vəsaitlər və qiymətlilər tam həcmdə Ukrayna ərazisindədir", - Zelenski qeyd edib.

Ukrayna Prezidenti həmçinin Macarıstan tərəfinə "konstruktiv və sivilizasiyalı addıma görə" təşəkkür edib.

Qeyd edək ki, 2026-cı il martın 5-də Macarıstanda 40 milyon dollar, 35 milyon avro və 9 kq qızıl daşıyan Ukraynanın "Oşadbank"ına məxsus iki inkassator avtomobili saxlanılıb.

Macarıstanın XİN rəhbəri Peter Siyarto o zaman müsadirə edilmiş vəsaitlərin guya "Ukrayna hərbi mafiyasına" məxsus ola biləcəyini bəyan etmiş və Ukrayna tərəfindən rəsmi izahat tələb etmişdi.

Sonradan Kiyev yeddi inkassatoru azad etməyə nail olub.

Oxşar xəbərlər

Ukrayna Macarıstanın vasitəçiliyindən imtina edir
Madyar: Biz Zelenski ilə mütləq görüşəcəyik
Zelenski Kit Kelloq ilə görüşüb
Zelenski: Ukrayna PURL mexanizmi vasitəsilə 1,5 milyard dollar cəlb edə bilib
Zelenski və Merts Ukrayna HHM-inin “Patriot”larla gücləndirilməsini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər