Pxenyan Vaşinqtonun KXDR-dən gələn kibertəhdid barədə bəyanatlarını böhtan adlandırıb
sizinxeber.az xəbər saytı

Pxenyan Vaşinqtonun KXDR-dən gələn kibertəhdid barədə bəyanatlarını böhtan adlandırıb


Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-nin Pxenyan tərəfindən ehtimal olunan kibertəhdid barədə yaydığı bəyanatları əsassız hesab edir.

"Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) ölkənin xarici siyasət idarəsinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

"Son vaxtlar Birləşmiş Ştatlar öz dövlət strukturları, nəzarətində olan kütləvi informasiya vasitələri və təxribatçı təşkilatları vasitəsilə mövcud olmayan "kibertəhdid" ətrafında ajiotaj yaradır, dünya ictimaiyyətində KXDR haqqında təhrif olunmuş təsəvvür formalaşdırmağa çalışır", - nazirliyin nümayəndəsi qeyd edib.

Şimali Koreyanın diplomatik idarəsi bildirib ki, bu cür bəyanatlar ölkəni nüfuzdan salmaq məqsədi daşıyan düşünülmüş kampaniyadır.

Bundan əlavə, rəsmi vurğulayıb ki, KXDR düşmən mövqeli qüvvələrin qarşıdurma xarakterli hərəkətləri ilə barışmaq niyyətində deyil və milli maraqların, eləcə də öz vətəndaşlarının hüquqlarının müdafiəsini təmin etmək üçün bütün zəruri addımları atmağa hazırdır.

Oxşar xəbərlər

Şimali Koreya lideri ölkəsinin nüvə statusundan heç vaxt imtina etməyəcəyini bildirib
KXDR Cənubi Koreyaya xəbərdarlıq edib
KXDR Koreya yarımadasında GPS siqnalını bloklayır
KXDR Koreya Respublikası ilə əlaqəni tamamilə kəsib
Cənubi Koreya ordusu Şimali Koreyanı hədələyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər