Tramp Almaniyadan 5 min hərbçinin çıxarılması məsələsini şərh edib
ABŞ Prezidenti Donald Tramp Almaniya ərazisində dislokasiya olunmuş Amerika hərbi kontengentinin sayının əhəmiyyətli dərəcədə azaldılması planları barədə danışıb.
"Report" xəbər verir ki, Amerika lideri hərbçilərin çıxarılmasını Florida ştatının Vest Palm-Biç şəhərində jurnalistlərlə söhbətində şərh edib.
"Biz əhəmiyyətli dərəcədə azaltmağa hazırlaşırıq. 5 min hərbçidən daha çoxunu ixtisar edirik", - Tramp deyib.
Daha əvvəl Pentaqondan bildirilmişdi ki, ABŞ növbəti 6-12 ay ərzində Almaniyadan 5 min Amerika hərbi qulluqçusunu çıxaracaq.
Bununla belə, Almaniyada əvvəlki kimi 30 mindən çox əsgər qalacaq - yerləşdirilmiş Amerika hərbçilərinin sayına görə bu ölkə dünyada yalnız təxminən 50-55 min hərbi qulluqçunun dislokasiya olunduğu Yaponiyadan geri qalaraq ikinci yeri tutur.
Oxşar xəbərlər
Tramp Almaniyadakı ABŞ hərbi kontingentini azaltmağı düşünür
Tramp: Qrenlandiya mütləq Amerika olacaq
Tramp Suriyadan qoşunların çıxarılması ilə bağlı qərarını açıqlayıb
Tramp ABŞ-nin Avropadakı qüvvələrini ixtisar etməyi düşünməyə hazırdır
Tramp: Putinlə Alyaskada görüş Rusiya və ABŞ üçün əhəmiyyətli olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Venesuelada zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib
