Zelenski: Ukrayna və Rusiya "193-ün 193-ə" formulu üzrə yeni əsir mübadiləsi həyata keçirib
sizinxeber.az xəbər saytı

Zelenski: Ukrayna və Rusiya "193-ün 193-ə" formulu üzrə yeni əsir mübadiləsi həyata keçirib


Ukrayna və Rusiya "193-ün 193-ə" formulu üzrə yeni əsir mübadiləsi həyata keçirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, azad edilmiş 193 ukraynalı hərbi qulluqçu arasında Silahlı Qüvvələrin, Milli Qvardiyanın, Sərhəd Xidmətinin, Milli Polisin və Dövlət Xüsusi Nəqliyyat Xidmətinin nümayəndələri var.

Zelenski qeyd edib ki, qaytarılanlar arasında yaralılar, həmçinin Rusiyada barələrində cinayət işi açılmış hərbi qulluqçular da var.

Prezident əsir mübadilələrinin davam etdirilməsinin vacibliyini vurğulayıb və bu prosesdə iştirak edən hər kəsə, o cümlədən ukraynalı hərbçilərə və beynəlxalq tərəfdaşlara təşəkkürünü bildirib.

"Biz hər kəsi xatırlayırıq və insanlarımızı Rusiya əsirliyindən evə qaytarmaq üçün hər gün işləməyə davam edirik", - o deyib.

Xatırladaq ki, bundan əvvəl əsir mübadiləsi Pasxa bayramı ərəfəsində, aprelin 11-də baş tutmuşdu və bu, sayca 72-ci mübadilə idi. O zaman 175 hərbi qulluqçu və 7 mülki ukraynalı evə qaytarılmışdı.

Oxşar xəbərlər

Rusiya və Ukrayna arasında 205-in 205-ə formulu ilə əsir mübadiləsi həyata keçirilib
Zelenski: Rusiya və Ukrayna növbəti əsir mübadiləsinə hazırlaşır
Ukrayna və Rusiya növbəti əsir mübadiləsini həyata keçirib
Tramp: Tezliklə Rusiya və Ukrayna arasında irimiqyaslı əsir mübadiləsi həyata keçiriləcək
Budanov: Ukrayna və Rusiya arasında əsir mübadiləsi istisna olunmur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər