"ABC News": Vens İranla danışıqlar üçün Pakistana getməyəcək - YENİLƏNİB
ABŞ Prezidenti Donald Tramp Amerikanın BMT-dəki səfiri Mayk Uoltsın vitse-prezident Cey Di Vensin İranla danışıqların ikinci mərhələsi üçün Pakistana gedəcəyi ilə bağlı açıqlamalarını təkzib edib.
"Sizinxeber.az"un məlumatına görə, "ABC News"un müxbiri Conatan Karl bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Prezident Tramp mənə Vensin İslamabada getməyəcəyini dedi. O, dedi ki, problem təhlükəsizlik məsələsindədir – Məxfi Xidmət bunu 24 saat ərzində edə bilməyəcək", - jurnalist yazıb.
ABŞ-nin Vitse-prezidenti Cey Di Vens Pakistanda İranla danışıqlar zamanı növbəti dəfə Amerika nümayəndə heyətinə rəhbərlik edəcək.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "ABC News" telekanalının müxbiri Conatan Karl "X" sosial şəbəkəsində məlumat paylaşıb.
"ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts mənə bildirdi ki, vitse-prezident Cey Di Vens İslamabadda İran tərəfi ilə danışıqlarda Amerika nümayəndə heyətinə başçılıq edəcək", - paylaşımda bildirilib.
Qeyd edək ki, Vens İslamabadda keçirilmiş ABŞ və İran danışıqlarının birinci raundu zamanı da Amerika nümayəndə heyətinə rəhbərlik edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Oxşar xəbərlər
"ABC News": Vens İranla növbəti İslamabad danışıqlarında ABŞ heyətinə rəhbərlik edəcək
KİV: İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Pakistana gəlib
İranla danışıqlarda ABŞ-ni Vens, Uitkoff və Kuşner təmsil edəcək
Tramp İranla sazişin yaxın iki gündə bağlanacağını güman edir
Vens: Tramp İranla münaqişəni sonadək diplomatik yolla həll etməyə çalışacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
