Pakistan ordusunun baş komandanı Tehrandadır - YENİLƏNİB
Pakistan Ordusunun baş komandanı Asim Munir İran və ABŞ arasında yeni danışıqlar raunduna hazırlıq fonunda Tehrana yollanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Munir Vaşinqtonun mesajını çatdırmaq və İran-ABŞ danışıqlarının ikinci raunduna hazırlıq məqsədilə İran paytaxtına yollanıb.
Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında mesaj mübadiləsi davam edir.
"Sizinxeber.az"un "The Times of Israel" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu İran XİN-in rəsmisi İsmayıl Bəqai bildirib.
"İran nümayəndə heyətinin Tehrana qayıtdığı bazar günündən (12 aprel - red.) bəri Pakistan vasitəsilə bir neçə mesaj ötürülüb", - o bəyan edib.
Bəqai qeyd edib ki, bu gün Pakistan nümayəndə heyətinin İran-ABŞ danışıqlar prosesinin irəliləməsi ilə bağlı Tehranla məsləhətləşmələr aparmaq üçün İrana səfəri gözlənilir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Oxşar xəbərlər
Bəqai: İran Pakistan vasitəsilə ABŞ ilə mesaj mübadiləsini davam etdirir
İran XİN: Pakistan nümayəndə heyəti bu gün Tehrana gəlir
KİV: İslamabadda İran-ABŞ danışıqları bir gün davam edəcək
Bəqai: İslamabad danışıqlarının uğuru ABŞ-nin qanunsuz tələblərdən çəkinməsindən asılıdır
KİV: İslamabadda ABŞ, İran və Pakistan arasında danışıqlar bərpa olunub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
