Yaşar Gülər: Aİ-nin üzv olmayan NATO müttəfiqlərini kənarda qoyan yanaşmadan imtinasına ümid edirik
NATO-nun dayanıqlığında Türkiyənin etibarlı tətəfdaşlığı böyük rol oynayır və Türkiyə güclü müdafiə qabiliyyəti və sənayesi ilə Avropanın təhlükəsizliyinə daha çox töhfə verə bilər.
"Sizinxeber.az"un Türkiyə bürosunun məlumatına görə, bunu "NATO-nun Ankara zamanı dayanıqlı bir ittifaq üçün strateji mövqelənmə" adlı tədbirdə Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər bildirib.
O qeyd edib ki, NATO-dakı müttəfiqlər müdafiə xərcləri üzrə öhdəlikləri və onların hərbi baxımdan qarşılarına hansı hədəfləri qoyduqlarını açıqlamalıdırlar.
"Avropa İttifaqının, başda ölkəmiz olmaqla, Aİ-ə üzv olmayan NATO müttəfiqlərini kənarda qoyan yeni təhlükəsizlik yanaşmalarından imtina edərək NATO-nu dəstəkləyən mövqeyə qayıtmasını ümid edirik. Əks halda, bu yanaşmanın Avropanın təhlükəsizliyinə və dayanıqlığına, eləcə də ABŞ-nin Avropadakı qüvvələrinin azalmasına və bunun daha çox zərər verəcəyini düşünürük".
Y.Gülər bəyan edib ki, Türkiyə güclü müdafiə qabiliyyəti və sənayesi ilə Avropanın təhlükəsizliyinə daha çox töhfə verə bilər:
"Avropada bir çox tərəfdaşımızın bunun fərqində olduğunu bilirik və digərlərinin də bunu düzgün təhlil edərək məntiqli mövqe sərgiləyəcəyinə inanırıq".
Oxşar xəbərlər
Yaşar Güler: Türkiyə NATO-nun güclü olmasını istəyir
Türkiyə terrorla mübarizədə NATO müttəfiqlərindən kömək istəyib
Türkiyə və Ukraynanın müdafiə nazirləri görüşüblər
Yaşar Gülər Brüsseldə ABŞ-nin müdafiə naziri ilə görüşüb
NATO tarixində ilk dəfə türk general direktor vəzifəsinə seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Ruben Amorim "Milan"ın baş məşqçisi olub
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
