Albares: İspaniya Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcək
sizinxeber.az xəbər saytı

Albares: İspaniya Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcək


İspaniya İrandakı səfirliyinin fəaliyyətini bərpa edəcək.

"Report" İspaniya mətbuatına istinadən xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.

"Mən Tehrandakı səfirimizə (Antonio Sançes-Benedito - red.) qayıtmağı və fəaliyyətini bərpa etməyi tapşırdım", - o qeyd edib.

Albares bildirib ki, dünən iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı İran və ABŞ arasında əldə edilmiş iki həftəlik atəşkəs razılaşmasına dəstəyini ifadə edib, Fars körfəzi ölkələrinə hücumların dayandırılmasını, Hörmüz boğazından bütün gəmilərin sərbəst və təhlükəsiz keçidinin mümkün qədər tez bir zamanda təmin edilməsini xahiş edib.

Oxşar xəbərlər

İspaniya XİN başçısı Ukraynaya rəsmi səfər edib
Bakıda Azərbaycan və İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçiriləcək
İspaniya XİN: Bakı və İrəvan arasında normallaşma Cənubi Qafqazda sülhü gücləndirəcək
İspaniya XİN İsrailin Madriddəki müvəqqəti işlər vəkilini çağırıb
İspaniya XİN başçısı İsrailin fələstinlilərin Qəzzadan köçürülməsi ilə bağlı planını rədd edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər