"Reuters": ABŞ Senatında Trampın hərbi səlahiyyətlərinin məhdudlaşdırılması nəzərdən keçirilir
Amerika senatorları gələn həftə İranla hərbi qarşıdurmanın başa çatdırılmasına yönəlmiş qətnaməni təsdiqləmək üçün növbəti dəfə cəhd edəcəklər.
"Sizinxeber.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkda keçirilən mətbuat konfransında Konqresin yuxarı palatasındakı demokratların lideri Çak Şumer bildirib.
Onun sözlərinə görə, Demokratik Partiyanın nümayəndələri həmçinin Ağ Evin rəhbəri Donald Trampın hər hansı gələcək hərbi əməliyyatları həyata keçirməzdən əvvəl konqresin razılığını almasının məcburi olmasını istəyirlər.
Şumer İranla silahlı qarşıdurmanı tənqid edərək bildirib ki, bu, İran rəhbərliyinin zəifləməsinə gətirib çıxarmayıb və Tehranın nüvə proqramını dayandırmayıb, lakin dünya üzrə enerji daşıyıcılarının qiymətlərinin artmasına səbəb olub.
Oxşar xəbərlər
Tramp: ABŞ gələn həftə İranla danışıqlar aparmağa ümid edir
ABŞ quru əməliyyatına hazırlaşır? - Ağ Evdən açıqlama
Ağ Ev: Uitkoff İranla müzakirələri davam etdirir
Vaşinqton İranın uranın zənginləşdirilməsinin qəti əleyhinədir
Uitkoff: İranla razılaşma yalnız nüvə proqramının tam ləğvi halında mümkündür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

