Estoniya Su-30 qırıcısı ilə bağlı insidentdən sonra Rusiya diplomatını çağırıb
sizinxeber.az xəbər saytı

Estoniya Su-30 qırıcısı ilə bağlı insidentdən sonra Rusiya diplomatını çağırıb


Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Su-30 qırıcısının ölkənin hava məkanını pozmasından sonra Rusiyanın müvəqqəti işlər vəkili Kamran Abilovu çağırıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Marqus Tsaxkna "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Rusiyanın Su-30 qırıcısının martın 18-də Vayndlo adası yaxınlığında Estoniyanın hava məkanını pozaraq orada təxminən bir dəqiqə qalması səbəbilə Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb", - o yazıb.

Nazirin sözlərinə görə, NATO-nun Baltik hava məkanının patrul missiyası cəld reaksiya verib, Estoniyanın təhlükəsizliyinə hər hansı təhdid yaranmayıb.

Oxşar xəbərlər

Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
Estoniya XİN: Rusiya səfirliyinin əməkdaşı konstitusiya quruluşunu pozmağa görə ölkədən çıxarılır
Estoniya Suriyanın yeni hökumətinə kömək etmək üçün şərt qoyub
Latviya Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər