FT: Pakistan İranla ABŞ arasında məxfi əlaqə kanalı təmin edib
sizinxeber.az xəbər saytı

FT: Pakistan İranla ABŞ arasında məxfi əlaqə kanalı təmin edib


Pakistan hakimiyyəti İran hökuməti ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff, həmçinin Amerika liderinin kürəkəni Cared Kuşner arasında gizli mesaj mübadiləsinin təşkilinə köməklik göstərib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb.

"Məsələdən agah olan iki şəxs bildirib ki, Pakistanın yüksək səviyyəli nümayəndələri Tehran ilə Uitkoff və Kuşner arasında gizli kommunikasiya kanalının fəaliyyətini təmin ediblər", - nəşr yazıb.

Qəzetin mənbələri izah ediblər ki, Pakistanın Vaşinqtonla müttəfiqlik münasibətlərinə baxmayaraq, ölkə ərazisində ABŞ hərbi bazalarının olmaması İslamabada Vaşinqton və Tehran arasında vasitəçi rolunu öz üzərinə götürməyə imkan verib.

Bununla belə, nəşrin həmsöhbətləri dəqiqləşdiriblər ki, diplomatik səylər kifayət qədər ilkin xarakterli mesajların ötürülməsindən ibarət olub.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp cari danışıqlar çərçivəsində Vaşinqtonla Tehran arasında razılaşmalar əldə olunacağı təqdirdə, Hörmüz boğazının dərhal açılacağına əminliyini ifadə etmişdi. Onun sözlərinə görə, Vaşinqton Tehranla Yaxın Şərqdəki münaqişənin "tam nizamlanması" barədə "çox yaxşı" danışıqlar aparıb. Öz növbəsində, İran iddia edir ki, ABŞ ilə birbaşa təmas olmayıb.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Oxşar xəbərlər

Tramp İranla danışıqların yeni raundunu elan edib
Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib
KİV: ABŞ ilə danışıqlara İran parlamentinin sədri Qalibaf rəhbərlik edir
KİV: Ağ Ev İranla mümkün sülh danışıqları ilə bağlı hazırlıqlara başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər