İsrail İrandakı ballistik raket istehsalı komplekslərinə hücum edib
İsrail Müdafiə Ordusu İranda ballistik raketlərin əsas komponentlərinin istehsalı üçün istifadə olunan obyektlərə zərbələr endirdiyini bəyan edib.
"Sizinxeber.az" ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, vurulan obyektlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ballistik raket komponentləri istehsalı üzrə mərkəzi kompleksi də var.
Eyni zamanda, həmin komponentlərin anbarı, Müdafiə Nazirliyinin tabeliyində olan raket yanacağı istehsalı kompleksi və ballistik raket komponentlərinin istehsalı üzrə daha bir obyekt zərbəyə məruz qalıb. Mətbuat xidməti bu obyektlərin konkret olaraq harada yerləşdiyini dəqiqləşdirmir.
"Bu obyektlərə endirilən zərbə İranın həmin meydançalarda ballistik raketlərin əsas komponentlərinin istehsalını davam etdirmək qabiliyyətinə ciddi ziyan vurur", - bəyanatda bildirilib.
Bundan başqa, İsrail qüvvələri Tehranın müxtəlif rayonlarında yerləşdirilmiş bir sıra hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib.
İsrail ordusundan bildirilib ki, əməliyyat İranın hərbi potensialının zəiflədilməsi üzrə kampaniyanın bir hissəsidir və davam etdiriləcək.
Oxşar xəbərlər
KİV: İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib
İsrail İranın bir neçə ballistik raket anbarını məhv edib
SEPAH-ın qərargahı və ballistik raket komandanlığı İsrailin zərbələrinə məruz qalıb
İran İsrailə azı 200 ballistik raket atıb
İsrailə raket buraxmağa hazırlaşan İrana məxsus qurğunun MƏHVEDİLMƏ GÖRÜNTÜLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
“Zərbə endirəcəyik, qarşısını ala bilməyəcəklər” - Tramp
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
