İsrail İrana hücumu azı üç həftə davam etdirməyi planlaşdırır
İsrailin İrana qarşı hərbi əməliyyatı azı daha üç həftə davam edəcək.
"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin CNN telekanalına bildirib.
"Qarşımızda minlərlə hədəf var. Biz müttəfiqimiz ABŞ ilə koordinasiyalı şəkildə, ən azı yəhudilərin Pesax bayramınadək, indidən başlayaraq təxminən üç həftəlik nəzərdə tutulan planları həyata keçirməyə hazırıq və ondan sonrakı daha üç həftə üçün əsaslı planlarımız var", - deyə o bildirib.
Defrinin sözlərinə görə, İMQ-nin addımlarını qrafik deyil, "İran rejiminin zəiflədilməsi"ndən ibarət olan qarşıya qoyulmuş tapşırıqların icrası müəyyən edir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatına başladığını açıqlayıb.
Oxşar xəbərlər
"Sepah": ABŞ-nin İrana qarşı hərəkətləri güc balansını İsrailin xeyrinə dəyişdirə bilmədi
SEPAH "Gerçək vəd 4" əməliyyatının 50-ci dalğasını həyata keçirib
KİV: İsrail İrana hücumu bir neçə il ərzində hazırlayıb
İsrail İrandan raket hücumu barədə məlumat verib
İsrail Ordusunun rəsmisi: ABŞ-nin İrana gecə zərbəsi bizimlə razılaşdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
