İsveçrədə Azərbaycan Gəncləri Günü qeyd edilib
Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Fuad İsgəndərovla bu ölkədə yaşayan azərbaycanlı gənclər, eləcə də İsveçrənin müxtəlif universitetlərində oxuyan azərbaycanlı tələbələr arasında görüş keçirilib.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, görüş Azərbaycanın İsveçrədəki səfirliyində baş tutub.
Azərbaycan Gəncləri Gününə həsr olunan tədbirdə səfir gənclərin beynəlxalq əlaqələrin möhkəmləndirilməsində həlledici rolunu qeyd edib.
O, azərbaycanlı tələbələrin və gənc mütəxəssislərin xaricdə öz ölkələrini təmsil etdiyini, Azərbaycan ilə İsveçrə arasında dostluq körpüləri qurduğunu bildirib.
"Gənclər ölkəmizin gələcəyidir. Siz Azərbaycanı təmsil edirsiniz və elmə, mədəniyyətə, iqtisadiyyata verdiyiniz töhfələr təkcə sizin üçün deyil, həm də bütün xalq üçün vacibdir", - səfir vurğulayıb.
F.İsgəndərov Azərbaycanın hər zaman xaricdəki vətəndaşlarının yanında olduğunu və müxtəlif məsələlərdə köməklik göstərməyə hazır olduğunu söyləyib.
Tədbirin rəsmi hissəsindən sonra azərbaycanlı gənclərin bir-birini daha yaxından tanımasına, həmçinin səfirliyin əməkdaşları ilə görüşməsinə imkan yaradan qeyri-rəsmi şəbəkələşmə sessiyası baş tutub. .
Görüş İsveçrədəki azərbaycanlı gənclər arasında əlaqələrin gücləndirilməsində, yeni əlaqələrin və dialoqun təşviqində mühüm addım olub.
Oxşar xəbərlər
Diaspor gəncləri ilə videokonfrans keçirilib
Qod Nisanova “Dostluq” ordeni təqdim edilib
Bu ilin sentyabrında xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək
Xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək
Bakı Şəhər Gənclər və İdman İdarəsi Gənclər Günü münasibətilə mükafatlandırma mərasimi keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













