Diaspor gəncləri ilə videokonfrans keçirilib
“2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Diaspor Gənclərinin Yay Düşərgələrinin iştirakçılarının videokonfransı təşkil olunub.
"Sizinxeber.az" xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən videokonfransda 51 ölkədən 200-dən çox gənc iştirak edib.
Giriş nitqindən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan dövlətinin diaspor fəaliyyətində gənclərin rolunun önəmindən danışıb. Dövlətin diqqət və qayğısının nəticəsində milli məfkurəyə sadiq, dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir gənc nəsil yetişdiyini bildirib. Bu gün Azərbaycan gəncinin milli-mənəvi dəyərlərə əsaslanan cəmiyyətin möhkəmləndirilməsi işində öz bacarığını əsirgəmədiyini qeyd edib. Zəngin mədəni irsimizin qorunub saxlanması və təbliği istiqamətində mühüm addımlar atdığını diqqətə çatdırıb. Komitə və ADDF-nin dəstəyilə hər il Azərbaycanın müxtəlif bölgələrində yay düşərgələrinin təşkil olunduğunu xatırladıb. Dünyanın dörd bir yanından yüzlərlə azərbaycanlı, eləcə də əcnəbi gəncin bu düşərgələrdə iştirak etdiyini və ölkəmizlə daha yaxından tanış olmaq, onun tarixini, ənənələrini, mədəniyyətini öyrənmək imkanı qazandığını vurğulayıb.
Görüşdə bu günədək keçirilən Diaspor Gənclərinin Yay Düşərgələri haqqında videoçarx nümayiş olunub.
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, “2 Fevral – Azərbaycan Gəncləri Günü”, “Azərbaycanın gənclər siyasəti”, “Diaspor gənclərinin şəbəkələşməsində yay düşərgələrinin rolu”, “Strateji hədəflər və vəzifələr”, ADDF-nin gənclərlə bağlı qrant müsabiqəsi, gənclərlə əlaqədar həyata keçiriləcək layihələr, eyni zamanda düşərgə iştirakçılarının vahid platformada birləşməsi və s. məsələlər barədə müzakirələr aparılıb.
Çıxış edən gənclər bu cür konfransların təşkilinin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər arasında əlaqələrin inkişafına təkan verdiyini nəzərə çatdırıblar. Gənclərlə keçirilən videokonfransı gələcəkdə daha mütəşəkkil Azərbaycan diasporunun formalaşmasına töhfə kimi qiymətləndiriblər. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dünya azərbaycanlılarına göstərdikləri həssas münasibət və qayğıya görə minnətdarlıqlarını bildirib, hər zaman Azərbaycanın sevincinə sevinib, kədərinə şərik olacaqlarını bəyan ediblər.
Qeyd edək ki, indiyə qədər Şəkidə, Şamaxıda, Şuşada, Naxçıvanda və Laçında Diaspor Gənclərinin Yay Düşərgələri keçirilib.
Oxşar xəbərlər
Fuad Muradov: "Diaspor təşkilatları "Yaşıl dünya" naminə 50-dən çox tədbir keçirib"
ABŞ-nin Kolorado ştatında Azərbaycan icmasının ilk diaspor təşkilatı yaradılıb
Bu ilin sentyabrında xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək
Azərbaycanın dünyadakı diaspor təşkilatları və Koordinasiya şuralarının sayı açıqlanıb
Fuad Muradov: Xarici ölkələrdə Azərbaycan evlərinin açılması üçün çoxsaylı müraciətlər var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident İlham Əliyevin doğum günüdür












