ADY sədri: Çindən gələn blok qatarlarının sayı gələn il 3 dəfə artacaq
Orta dəhlizlə bağlı bu il yükdaşımalar ötən illə müqayisədə artıb.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov deyib.
O qeyd edib ki, ötən həftə Gürcüstanda Qazaxıstan, Gürcüstan, Azərbaycan dəmir yolları rəhbərlərinin birgə üçtərəfli görüşü olub:
"Görüşdə bu dəhlizin inkişafı üçün atılacaq addımları müzakirə etdik. O cümlədən, keçən il yaradılmış birgə müəssisənin aktivləşdirilməsi üçün prinsipiaı qərarlar verildi, artıq birgə müəssisənin əməliyyat və maliyyə modelinin təqdimatı oldu və növbəti il bu istiqamətdə, xüsusən də Çindən gələn yüklərlə bağlı qərarlar verilib. 300-dən çox blok qatar Çindən yola salınıb. Bu gün 306-cı blok qatar yola düşdü. Çindən növbəti il bu rəqəm 3 dəfə artırılaraq 1000 blok qatara çatdırılması planlaşdırılır".
Oxşar xəbərlər
Rövşən Rüstəmov: Gələcəkdə Orta Dəhlizlə Çindən ildə 1000 blok qatarı göndərilə bilər
Çindən bu il Orta Dəhlizlə Avropaya göndərilən blok qatarlarının sayı 300-ü ötüb
Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı daşınacaq
ADY və “Qırğızıstan Dəmir Yolları” Orta Dəhlizin inkişafı üçün birgə səylərini gücləndirir
Çindən Orta Dəhlizlə bu ilin birinci yarısında 105 blok qatar yola salınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













