ADY: COP29 zamanı gündəlik əlavə 5 min sərnişinin daşınması gözlənilir
sizinxeber.az xəbər saytı

ADY: COP29 zamanı gündəlik əlavə 5 min sərnişinin daşınması gözlənilir


Bakıda keçiriləcək COP29 tədbirinə hazırlıq çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında mövcud turniket zallarının sahəsi genişləndirilərək keçid turniketlərinin sayı artırılıb, yeni monitorlar quraşdırılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov media nümayəndələri üçün təşkil olunan brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Bakı sərnişin stansiyasında mövcud turniket sayı 28-dən 36-ya çatdırılıb.

Azər Fərəcov qeyd edib ki, hazırda Bakı sərnişin stansiyasından gün ərzində 27 minədək sərnişin istifadə edir. COP29 zamanı qeyd olunan göstəricidən əlavə 5 min civarında sərnişinin daşınması gözlənilir.

Ötən il bu stansiyadan istifadə edən sərnişinlərin sayı 5 milyon nəfərə yaxın olub. 2024-cü ilin on ayında isə bu rəqəm 4 milyon yarıma çatıb.

Departament rəhbəri onu da əlavə edib ki, bu stansiyada keçid turniketlərinin sayının artırılması ilə bu günə kimi 1 dəqiqədə maksimum 750 nəfər keçə bilirdisə, hazırda 36 turniketlə bu rəqəm 1000-ə çatdırılıb.

Koroğlu dayanacağında görülmüş işlər nəticəsində isə Bakı-Pirşağı-Sumqayıt istiqamətində mövcud turniket zalı 6 metr uzunluğunda genişləndirilib. Həmçinin 6 ədəd yeni keçid turniketinin quraşdırılması ilə turniketlərin sayı 4-dən 10-a çatdırılıb.Keçid truniketlərinin sayının artırılması ilə dayanacaqda indiyə qədər 1 dəqiqədə maksimum 108 nəfər keçə bilirdisə, hazırda 10 turniketlə bu rəqəm 270 nəfərə yüksəlib.

Qeyd edək ki, 2019-cu ildə istifadəyə verilmiş Koroğlu dayanacağından gün ərzində 5000 nəfərə yaxın sərnişin istifadə edir. 2023-cü ildə bu dayanacaqdan istifadə edən sərnişinlərin sayı 800 min nəfərə yaxın olub. 2024-cü ilin on ayında bu rəqəm 773 mini ötüb.

Oxşar xəbərlər

"Azərbaycan Dəmir Yolları" COP29-la əlaqədar gücləndirilmiş iş rejiminə keçib
Azər Fərəcov: "COP29 zamanı dəmir yollarından gündəlik 5 minədək əlavə sərnişin istifadə edə bilər"
COP29 üçün akkreditasiyadan keçənlər dəmir yolundan pulsuz istifadə edə biləcəklər
Bakı aeroportu: COP29 zamanı sərnişin dövriyyəsinin 25-27 min səviyyəsində olacağı gözlənillir
ADY dəmir yolunda gecikmələrin əsas səbəbini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle