Ufuk Yalçın: Zəngəzur dəhlizinin Qarsa bağlanması gələcəkdə tək dövlət olaraq ortaya çıxmağımızın nişanəsi ola bilər
Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan və Türkiyənin başqa ölkələr üzərindən deyil, birbaşa Zəngəzur dəhlizi üzərindən bir-biri ilə görüşməsi və istədikləri yükləri qarşılıqlı şəkildə gətirməsinin önü açılacaq.
Bunu "APA-Economics"ə açıqlamasında Türkiyə Dövlət Dəmir Yollarının "TCDD taşımacılık" şirkətinin Baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın deyib.
“Qarşıdakı zamanlarda Zəngəzur dəhlizinin Qarsa bağlanması ilə bərabər son dövr baş verən proseslər daha effektiv və daha sürətli formada gələcəkdə Azərbaycanla Türkiyənin tək dövlət olaraq ortaya çıxacağı prosesin nişanəsidir. Bunu da birlikdə yaşayacağıq. Burda siyasi baxımdan başqa ölkələrin də baxışları, açıqlamaları var. Amma biz qardaş Azərbaycanla aramızdakı sərhədləri getdikcə dağıdacağıq, birliyimizi daha üst səviyyəyə çıxaracağıq. Zəngəzur dəhlizi bu deməkdir", - deyə U.Yalçın əlavə edib.
Oxşar xəbərlər
Ufuk Yalçın: Azərbaycan "Avrasiya Nəqliyyat Marşrutu"nda aparıcı ölkədir
Çin rəsmisi: Bir kəmər, bir yol layihəsi üzrə daşımalar artır
Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir
Lavrov Paşinyanın Zəngəzurdan keçən kommunikasiyaların açılması barədə razılaşmanı sabotaj etdiyini bildirib
Türkiyə XİN parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













