Zərdabda Birinci Qarabağ müharibəsinin şəhidi Abuzər Abbasov dəfn edilib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Zərdabda Birinci Qarabağ müharibəsinin şəhidi Abuzər Abbasov dəfn edilib - YENİLƏNİB


Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Abuzər Tənzil oğlu Abbasovla Zərdab rayonunda keçirilən vida mərasimi başa çatıb.

"Sizinxeber.az"un Yuxarı Şirvan bürosunun məlumatına görə, A.Abbasovun nəşi Zərdab rayonu Yuxarı Seyidlər kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, rayonun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

12:33

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Abuzər Tənzil oğlu Abbasovun meyitinin qalıqları Zərdab rayonuna gətirilib.

“Sizinxeber.az”un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Yuxarı Seyidlər kəndində ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Abuzər Tənzil oğlu Abbasov 1972-ci il oktyabrın 8-də Zərdab rayonunun Yuxarı Seyidlər kəndində anadan olub. O, 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.

A.Abbasov Yuxarı Seyidlər kənd qəbiristanlığında dəfn olunacaq.

Oxşar xəbərlər

Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Şahid Məmmədov dəfn edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Cahangir Səfərov dəfn edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
I Qarabağ müharibəsinin daha beş itkin-şəhidi dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədov dəfn edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərovla vida mərasimi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle