Gəncədə region ziyalılarının iştirakı ilə dəyirmi masa keçirilib
sizinxeber.az xəbər saytı

Gəncədə region ziyalılarının iştirakı ilə dəyirmi masa keçirilib


Gəncə şəhərində region ziyalılarının iştirakı ilə dəyirmi masa təşkil olunub.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə şəhərində "Parlayan ZİYA: təbliğat-təşviqat qrupu" layihəsi çərçivəsində baş tutub.

Layihənin əsas məqsədi ölkənin tanınmış ziyalıları, elm, mədəniyyət, idman və din xadimlərini regionlara cəlb etməklə əhali ilə birbaşa ünsiyyət platforması yaratmaq, aktual sosial mövzular ətrafında fikir mübadiləsi aparmaq və gənc nəslin sağlam, savadlı, məsuliyyətli vətəndaş kimi formalaşmasına dəstək verməkdir.

İki hissədən ibarət olan görüşün birincisi bölgə ziyalılarının iştirakı ilə Gəncə Şəhər İcra Hakimiyyətində baş tutub.

Görüş zamanı region üzrə yerli əlaqələndirici şura yaradılıb.

Oxşar xəbərlər

“Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib
Gəncədə 41 yaşlı qadın doğuş zamanı ölüb
COP29-da uşaqlar, gənclər və iqlim fəaliyyəti üzrə yüksək səviyyəli dəyirmi masa keçirilib - FOTO
Qubada “Kod: Könüllü” layihəsi həyata keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər