Naxçıvan Ali Məclisində ombudsman haqqında qanunun ləğv edilməsi məsələsinə baxılacaq
sizinxeber.az xəbər saytı

Naxçıvan Ali Məclisində ombudsman haqqında qanunun ləğv edilməsi məsələsinə baxılacaq


Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının 10 aprel tarixində keçiriləcək beşinci iclasının gündəliyi müəyyənləşdirilib.

"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, iclasda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyəti haqqında hesabat dinləniləcək.

Bununla yanaşı, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanunun ləğv edilməsi barədə məsələ müzakirəyə çıxarılacaq.

İclasda həmçinin "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təqdim olunacaq.

Gündəliyə daxil edilən digər məsələ "Naxçıvan Muxtar Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi barədə" qərar layihəsi ilə bağlıdır.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi məsələsinə də baxılacaq.

Oxşar xəbərlər

Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb
Naxçıvanın 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər