Kişineuda Azərbaycan xalçaları sərgisinin rəsmi açılışı olub
- 19-05-2025, 12:30
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 1 351
Moldovanın paytaxtı Kişineu şəhərində Milli Tarix Muzeyində Azərbaycan xalçalarının sərgisinin rəsmi açılışı olub.
"Sizinxeber.az"un Şərqi Avropa bürosu xəbər verir ki, tədbirdə Moldova dövlət qurumlarının nümayəndələri, deputatlar, xarici diplomatlar, diaspor fəalları, eləcə də şəhər sakinləri iştirak ediblər.
Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev çıxışında bildirib ki, Azərbaycan xalçası dünya mədəniyyətinin ən böyük sərvətlərindən biridir. O qeyd edib ki, Azərbaycan xalçaçılığı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin bir hissəsi kimi tanınan bədii sənətkarlığın ən qədim növlərindəndir.
“Müasir Azərbaycan xalçaçılığının inkişafını dövlət dəstəyi və mədəni irsin qorunmasına strateji yanaşma olmadan təsəvvür etmək mümkün deyil. Bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu var. Onların diqqət və səyi nəticəsində xalçaçılıq mədəniyyət sahəsində prioritet dövlət siyasəti səviyyəsinə yüksəlib, bütün ölkədə xalça mərkəzləri yaradılıb və müasirləşdirilib, ənənəvi məktəblər dirçəldilib, Azərbaycan Milli Xalça Muzeyi yaradılıb”, - deyə səfir əlavə edib.
Moldovanın mədəniyyət naziri Sergiu Prodan qeyd edib ki, bu sərgi sadəcə bədii təqdimat deyil, Moldova ilə Azərbaycan arasında səmimi və perspektivli dialoqun göstəricisidir. Mədəniyyət xalqlar arasında ən davamlı körpüdür.
“Bu gün nümayiş etdirilən xalçalar sadəcə bəzək əşyaları deyil, onlar diqqətlə işlənmiş hekayələr, ənənələrin, kollektiv yaddaşın, Azərbaycan milli kimliyinin əks-sədasıdır. Hər motiv, hər rəng, hər lif dərin məna, nəsildən-nəslə ötürülən dəyər daşıyır”, - nazir vurğulayıb.
"Azərxalça" ASC İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov isə iki ölkə arasında mədəni mübadilənin vacibliyini qeyd edib, sənətin sərhəd tanımadığını və insanların mənsubiyyətindən asılı olmayaraq bir-birini birləşdirdiyini vurğulayıb. Sədr bildirib ki, "Azərxalça" ASC-nin tarixi boyunca ən böyük məqsədi Azərbaycan xalçaçılıq sənətinin inkişafı, təbliğat və təşviqatı olub.
E.Məmmədov çıxışında mayın 2-4-də Bakıda baş tutan, dünyaya səs salan Beynəlxalq Xalça Festivalından, sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalardan da danışıb. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb.
Sonra çıxış edənlər - Moldova Milli Tarix Muzeyinin direktoru Eudjen Sava, Moldova parlamentinin deputatı, Azərbaycanla Dostluq Qrupunun sədri Vitali Yakot sərginin əhəmiyyətindən danışıblar.
Daha sonra Azərbaycan dövləti adından Moldova Milli Tarix Muzeyinə iki milli xalça hədiyyə olunub.
Tədbir Azərbaycan milli musiqisinin təqdimatı ilə başa çatıb.


width="220" alt="Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />