Latviya Azərbaycandakı EUNIC-də sədrliyi Litva və Ukraynaya təhvil verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
may
2025
18:00

Latviya Azərbaycandakı EUNIC-də sədrliyi Litva və Ukraynaya təhvil verib

08 may, 2025
18:00
466

Latviya Azərbaycandakı EUNIC-də sədrliyi Litva və Ukraynaya təhvil verib

Latviya Avropa İttifaqının (Aİ) Azərbaycandakı Milli Mədəniyyət İnstitutları Klasterində (EUNIC) sədrliyi rəsmi olaraq Litvaya təhvil verib.

Litvanın Bakıdakı səfirliyindən “Report”a verilən məlumata görə, Litva EUNIC-də Ukrayna ilə birgə sədrlik edəcək.

Sədrliyin ötürülməsi mərasimi Latviyanın Azərbaycandakı səfiri Edqars Skuyanın iştirakı ilə keçirilib, o, sədrliyi litvalı həmkarı Kyastutis Vaşkelyaviçyusa və Ukraynanın səfiri Yuri Qusevə təhvil verib.

Ukrayna tərəfindən tərəfdaşlıq həm Ukrayna səfirliyi, həm də Bakıdakı Ukrayna Mərkəzinin iştirakı ilə həyata keçiriləcək.

Litva və Ukrayna səfirliklərinin birgə bəyanatında Latviyaya son iki il yarım ərzində aktiv və məhsuldar sədrliyinə görə təşəkkür edilib. Yeni həmsədrlər "Avropa mədəniyyətini və Aİ-nin Azərbaycanda mədəni mövcudluğunu gücləndirmək, həmçinin zəngin mədəni irsi əks etdirən innovativ proqramların həyata keçirilməsi üzərində birgə işləməyə" hazır olduqlarını bildiriblər.

Səfirlər Yuri Qusev və Kyastutis Vaşkelyaviçus tərəfdaşları Azərbaycandakı EUNIC ilə fəal əməkdaşlığa çağırıb və Avropa İttifaqı, onun namizəd ölkələri və Azərbaycan Respublikası arasında mədəni dialoqun inkişafına töhfə verən birgə layihələri həyata keçirmək istəklərini ifadə ediblər.

EUNIC Avropa İttifaqı üzv ölkələrinin milli mədəniyyət institutlarının şəbəkəsidir. Mədəniyyətlərarası dialoqu təşviq edən və mədəni əlaqələri gücləndirən təşkilat birgə təşəbbüslər və layihələr vasitəsilə Avropa dəyərlərini təbliğ edir.

Azərbaycandakı EUNIC klasteri 2020-ci ildə yaradılıb. Hazırda klasterin üzvləri Çexiya, Macarıstan, Yunanıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya və İspaniya səfirlikləridir. Britaniya Şurası, Gürcüstan və Moldova səfirlikləri assosiativ üzv, Aİ-nin Azərbaycandakı nümayəndəliyi isə strateji tərəfdaşdır. Ukrayna EUNIC klasterində rəsmi tərəfdaş kimi təmsil olunur.

Bizimlə əlaqə saxlayın