Belarusda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
Belarusda 2025-ci ildə Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.
“Report”un məlumatına görə, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov belaruslu həmkarı Aleksandr Turçin ilə geniş tərkibdə görüşdə bildirib.
Ə.Əsədovun sözlərinə görə, Bakı və Minsk arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biri sosial sahə, o cümlədən dövlət xidmətlərinin göstərilməsi sahəsidir.
"Humanitar əməkdaşlığın inkişafına prioritet diqqət yetiririk. Qarşılıqlı Mədəniyyət günlərinin keçirilməsi ənənəsini bərpa etməyimiz vacibdir. Ötən il aprel ayının əvvəlində Azərbaycanda Belarus Mədəniyyət Günləri keçirildi. 2025-ci ildə Belarusda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi gündəlikdədir", - o bildirib.
Oxşar xəbərlər
Bu il Belarusda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Gələn il Azərbaycanda Tatarıstan Mədəniyyət Günləri keçiriləcək
Qırğızıstanlı nazir: Azərbaycanla mədəni-humanitar yaxınlıq bundan sonra da inkişaf edəcək
Azərbaycan və İran arasında qarşılıqlı mədəniyyət günləri keçiriləcək
Astanada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
